Ramil Şeydayev “Kocaelispor”a qoşuldu

14:27 17 Yanvar 2024

Ramil Şeydayev nəhayət ki, “Kocaelispor”a qoşulub.

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin hücumçusu TFF I Liqa təmsilçisinin bugünkü məşqində iştirak edib. Kocaeli təmsilçisi çempionatın XIX turunda “Eyüpspor”la matça Körfəz Brunqa bazasında hazırlaşır. Ramil də ilk məşqdə yeni komanda yoldaşları ilə tanış olub. Onun Türkiyə klubu ilə müqaviləsi 1,5 illikdi.

“Kocaelispor” yanvarın 20-də XIX tur çərçivəsində “Eyüpspor”u qəbul edəcək. Komanda hazırda 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşır.

Qeyd edək ki, Ramil Şeydayev son olaraq Tailand təmsilçisi “Buriram Yunayted”də oynayıb. 


Digər xəbərlər

Xəbər xətti