"İkardi qadınlarla danışmaq üçün 4 telefon işlədirdi" - Vanda Nara

15:34 17 Yanvar 2024

“Qalatasaray”ın forvardı Mauro İkardinin xanımı Vanda Nara maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportarena.az xəbər verir ki, o, ulduz futbolçunun qadınlarla danışmaq üçün 4 telefon işlətdiyini bildirib:

“Məndən əvvəl o, ən azı 200 qadınla birlikdə olub. Amma bizim münasibətimiz yarandıqdan sonra vəziyyət dəyişdi. Onunla əvvəllər dost idik və daimi telefonda danışırdıq. Daima hansı qızla danışdığını, nə etdiyini mənə deyərdi. 4 telefonu var idi. Telefonundakı qadınları ölkələrinə görə ayırırdı. Onun telefonlarından birini mən dənizə atmışdım. Amma sonra İkardi tamamilə dəyişdi. Hər şeyi sevərək edir və bizim üçün edir”. 

Qeyd edək ki, Mauro İkardi və Vanda Nara 2014-cü ildən evlidirlər.  


Digər xəbərlər

Xəbər xətti