Bu gün 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

08:46 20 Yanvar 2024

20 Yanvar şəhidləri belə anıldı

Bu gün azadlıq yolumuzun başlanğıcı olan 20 Yanvar - Ümumxalq Hüzn Günüdür.

Uzun illər ərzində edilən haqsızlıqlara etirazını bildirən xalqımıza qarşı məhz 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunları tərəfindən misli görünməmiş cinayət törədildi. Xalqın azadlıq istəyinin, həmçinin Ermənistandan  həmvətənlərimizin kütləvi deportasiyasına etirazların qarşısını almaq məqsədilə Bakıya və bəzi rayonlara qoşun yeridildi, nəticədə yüzlərlə insan şəhid oldu və yaralandı.
Bu tarixi hadisə milli azadlıq hərəkatımızın dönüş nöqtəsi oldu.

Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin qurbanları dərin ehtiramla yad edilir. Şəhidləri hörmətlə anan şirkətlərdən biri də "BAL LİNE" olub. Şirkət Ümumxalq Hüzn Günü ilə əlaqədar videoçarx yayımlayıb. Xatırladaq ki, "BAL LİNE" şirkətinin rəsmi ticarət markası "ETOPAZ"dır. 

 

 


Digər xəbərlər

Xəbər xətti