FİFA prezidenti irqçiliyə görə cəza təklif etdi

19:09 21 Yanvar 2024

Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino azarkeşləri irqi zəmində futbolçulara hörmətsizlik edən klublara texniki məğlubiyyət verilməsini istəyib.

Sportarena.az xəbər verir ki, o, bu barədə instaqram səhifəsində yazıb. 

“Udinezedə baş verən hadisələr qəbuledilməz və iyrəncdir. İrqçilik və digər ayrı-seçkiliyin futbolda və cəmiyyətdə yeri yoxdur. Şənbə günü baş verən hadisələrdən təsirlənən futbolçulara tam dəstəyimi bildirirəm.

Üç mərhələli prosesə (matçın dayandırılması, matçın yenidən dayandırılması, matçın ləğvi) əlavə olaraq, azarkeşləri irqçi olan və matçın ləğvinə səbəb olan bir komanda üçün avtomatik məğlubiyyət tətbiq etməliyik, həmçinin irqçilərə qadağa qoymalıyıq. Onları dünyadakı stadionlardan çıxarın və onların mühakimə olunmasını təmin edin”, – İnfantino yazıb.

Qeyd edək ki, yanvarın 20-də futbol üzrə İtaliya çempionatının 21-ci turu çərçivəsində keçirilən “Udineze” – “Milan” matçı qonaqların fransalı qapıçısı Mayk Mayyana ünvanlanan irqçi şüarlara görə birinci hissədə dayandırılmışdı. 

 


Digər xəbərlər

Xəbər xətti