“Qarabağ”ın oyununa bilet satışı başlayır

10:30 22 Yanvar 2024

Azərbaycan Premyer Liqasının 19-cu turunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmasının biletləri sabah saat 14:00-dan iticket.az-da satışa çıxarılacaq.

Sportarena.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq. 


Digər xəbərlər

Xəbər xətti