Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 79-cu dəqiqədə Halil Dervişoğlunun əvəzinə meydana daxil olub.
28 turdan sonra 29 xal toplayan "Hatayspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.