Ançelottinin həbsi tələb olunur

10:13 7 Mart 2024

“Real”ın baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis vergidən yayınmaqda ittiham olunur. Bu barədə “Relevo” nəşri məlumat yayıb.

Ançelottinin “Real”da işlədiyi ilk dönəmdə 1 milyon avrodan çox vergidən yayındığı iddia olunur. Madrid prokurorluğu 64 yaşlı məşqçinin 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. 


Digər xəbərlər

Xəbər xətti