UEFA Avropa Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, ötən gün “Sportinq” -“Atalanta” qarşılaşmasından sonra bu gün daha 7 qarşılaşma baş tutacaq.
Belə ki, saat 21:45-də “Roma” “Brayton”u, “Qarabağ” “Bayer”i, “Sparta” isə “Liverpul”u qəbul edəcək.
00:00-da “Milan” “Slaviya”, “Benfika” “Reyncers” “Frayburq” “Vest Hem” “Olimpik” isə “Vilyarreal”la qarşılaşacaq.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21:45.
“Roma” (İtaliya) – “Brayton” (İngiltərə)
“Qarabağ” (Azərbaycan)- “Bayer” (Almaniya)
“Sparta” (Praqa, Çexiya) –“Liverpul” (İngiltərə)
00:00.
“Milan” (İtaliya) – “Slaviya” (Praqa, Çexiya)
“Benfika” (Portuqaliya) – “Reyncers” (Şotlandiya)
“Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə)
“Olimpik” (Marsel, Fransa) – “Vilyarreal” (İspaniya)