Mikels yenidən “Sabah”da

12:35 25 İyun 2024

“Sabah” heyətinə  yeni futbolçu transfer edib.

Sportarena.az xəbər verir ki, Almaniyalı vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb. 

Mikels bundan öncə, 2021-2023-cü illərdə də “Sabah”da çıxış edib.

O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. 

Futbolçu Bakı təmsilçisinə azad agent kimi qayıdıb.  

Qeyd edək ki, “Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels, klubun heyətində ən çox qol vurmuş futbolçudur.


Digər xəbərlər

Xəbər xətti