Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
Sportarena.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı mərhələ adlayıb.
Nihat Qasımov (48 kq) 1/16 final çərçivəsində Vaxtanq Jamkoçyanla (Rusiya) qarşılaşıb. Döyüş boksçumuzun 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Qasımov ikinci görüşündə ilk mərhələdən azad olan Corc Fransislə (İngiltərə) üz-üzə gələcək.
Rza Rzayev də Avropa birinciliyinə qələbə ilə başlayıb. 70 kq-da mübarizə aparan milli üzvü 1/8 finalda Petros Topalosu (Yunanıstan) məğlub edib – 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28). O, növbəti döyüşündə italiyalı Tiberio Nokadellonu sınağa çəkəcək.
Səftər Məmmədzadə (+80 kq) isə 1/8 finalda Erik Lalmiyevlə (İsrail) gücünü yoxlayıb. Rəqibini 5:0 (29:26, 29:25, 29:26, 29:26, 29:26) hesabı ilə məğlub edən boksçumuz növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Boqdan Bajzertlə (Polşa) döyüşəcək.
Qeyd edək ki, Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.