UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” (Moldova) daha bir futbolçunun transferini açıqlayıb.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tiraspol təmsilçisi əlcəzairli Sid Əhmədlə müqavilə imzalayıb.
Rusiyanın SSKA (Moskva) klubundan transfer edilən 19 yaşlı yarımmüdafiəçi son 6 ayı icarə əsasında “Şerif”də keçirib.
Qeyd edək ki, 2023-cü ildən Əlcəzairin U-19 millisinə dəvət alan Əhməd meydana çıxdığı 6 oyunda 1 qol vurub.
Qeyd edək ki, “Zirə” “Şerif”lə ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.