İspaniya millisindən tarixi uğur

19:24 25 İyun 2024

İspaniya millisi Avropa və dünya çempionatlarında tarixi uğura imza atıb.

Sportarena.az “Opta”ya istinadən xəbər verir ki, komanda tarixində ilk dəfəböyük turnirlərdə qrup mərhələsini qol buraxmadan başa vurub.

Almaniyada təşkil olunan Avropa çempionatının B qrupunda yer alan İspaniya millisi bütün oyunlarda qələbəyə sevinib. Xorvatiya millisinin qapısına 3 cavabsız qol vuran Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv İtaliya və Albaniya komandaları ilə matçlarda 1:0 hesablı qələbə qazanıb.


Xəbər xətti