"İnter Mayami"nin sahibi Devid Bekhem hücumçusu Lionel Messini ad günü münasibətilə təbrik edib.
Sportarena.az xəbər verir ki, iyunun 24-də argentinalının 37 yaşı tamam olub. Bu münasibətlə Bekhem Messiyə Argentinanın “Catena Zapata” brendindən nəhəng şüşə şərab hədiyyə edib.
Bekhem sosial şəbəkə hesablarında Messi ilə fotosunu paylaşaraq bu sözləri yazıb: “Ən böyük futbolçunun ad günü mübarək. Doğum günün mübarək olsun, dostum”
Qeyd edək ki, Messi 8 “Qızıl top”a sahibdir. O, dünya çempionudur, İspaniya La Liqasının onqat, Liqa 1-in ikiqat, Çempionlar Liqasının isə dördqat qalibidir. Lionel 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.