“Milan” Abrahamı istəyir

13:10 26 İyun 2024

"Milan"ın yeni baş məşqçisi Pauolo Fonseka İngiltərə millisində də oynamış Temmi Abrahamın transfer edilməsini istəyib.

Sportarena.az "Sky Sport"a istinadən xəbər verir ki, o,  "Roma"da birlikdə çalışdığı forvardı "Milan"da da sərəncamında görmək niyyətindədir.

Abrahamla şəxsi söhbətində onu İtaliya klubuna keçidə razı salan portuqaliyalı bu barədə rəhbərliyi də məlumatlandırıb.

Temminin gəlişindən sonra isə Luka Yoviçin komandadan ayrılacağı gözlənilir. 26 yaşlı ingilis futbolçu 2026-cı il iyunun 30-na qədər "Roma"ya məxsusdur. 

"Rossonyerlər"in onun üçün qarşı tərəfə təzminat ödəyəcəyi gözlənilir.


Xəbər xətti