İtaliyanın "Roma" klubu baş məşqçi Daniele De Rossi ilə bağlı qərar verib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, A Seriyası təmsilçisi italyan mütəxəssislə yola davam edəcək. 40 yaşlı məşqçi 2027-ci ilin yayına kimi paytaxt klubunu çalışdıracaq.
Qeyd edək ki, Daniele De Rossi bu ilin yanvar ayında "Roma"nın baş məşqçisi təyin olunub.