Şahruddin Türkiyə klubu ilə sağollaşdı

00:38 27 İyun 2024

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandası ilə sağollaşıb.

Sportarena.az xəbər verir ki, bu barədə qapıçı özü sosial media hesabında paylaşım edib. 

30 yaşlı qolkiper fotosunu paylaşaraq, - “Hər şey üçün təşəkkürlər, Adana”, - şərhini yazıb.

Qeyd edək ki, futbolçu ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.


Xəbər xətti