Məşhur “FourFourTwo” jurnalı İngiltərə Premyer Liqasıı tarixinin ən yaxşı yarımmüdafiəçilərinin reytinqini dərc edib.
Sportarena.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne siyahıda birincidir. İkinci yerdə “Liverpul”un keçmiş futbolçusu Stiven Cerrard qərarlaşıb. “İlk üçlüy”ü isə “Çelsi”nin keçmiş yarımmüdafiəçisi Frenk Lempard qapayıb.
“FourFourTwo”-ya görə Premyer Liqanın ən yaxşı 10 yarımmüdafiəçisi:
1. Kevin De Bruyne (“Mançester Siti”, “Çelsi”).
2. Stiven Cerrard (“Liverpul”).
3. Frenk Lempard (“Çelsi”, “Vest Hem”, “Mançester Siti”).
4. Pol Skoulz (“Mançester Yunayted”).
5. Patrik Vieyra (“Arsenal”, “Mançester Siti”).
6. Roy Kin (“Mançester Yunayted”, “Nottingem Forest”).
7. Rodri (“Mançester Siti”).
8. Françesk Fabreqas (“Arsenal”, “Çelsi”).
9. Yaya Ture (“Mançester Siti”).
10. David Silva (“Mançester Siti”).