Fanatlardan çex hakimə mesaj - “Yaddan çıxmaz o hakimin anası...”

02:31 16 Dekabr 2014

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Qəbələ”-  “Qarabağ” matçında maraqlı hadisə yaşanıb. 

Sportarena.az xəbər verir ki, “Qəbələ” azarkeşləri  Avro Liqanın qrup mərhələsi çərçivəsində “Qarabağ”ın “İnter”lə oynadığı  matçda hakimin verdiyi səhv qərara öz etirazlarını maraqlı pankart açaraq bildiriblər. Pankartda birbaşa olaraq həmin matçın baş hakimi Miroslav Zelinka hədəf olaraq göstərilib. Pankartda yazılıb : ““Qarabağ”dır bu millətin yarası, yaddan çıxmaz o hakimin anası”

Qeyd edək ki, “Qəbələ”- “Qarabağ”ı  2-1 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti