"Barselona"nın ulduz futbolçusu Lionel Messi komandasının UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"ylə düşməsinə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, argentinalı hücumçu şəxsi facebook hesabından milli komanda yoldaşı Aquero ilə bağlı status paylaşıb.
"Çempionlar Liqası pley-off mərhələsinin başlanmasını səbirsizliklə gözləyirəm. Dostum Serxio Aquero ilə qarşılaşacağıma görə sevinirəm. Onu həmişə FİFA komputer oyununda uduram. Baxaq, meydanda nə baş verəcək".