Premyer Liqanın XVII turunun iki oyunu canlı yayımlanacaq.
Sportarena.az xəbər verir ki, azarkeşlər dekabrın 18-də keçiriləcək "Sumqayıt" - "Qəbələ" və "İnter" - "Neftçi" matçlarına televiziya vasitəsilə tamaşa edə biləcəklər.
Qeyd edək ki, oyunlar müvafiq olaraq 15:00 və 17:00-da başlayacaq. Hər iki görüş "İdman Azərbaycan"ın efirində olacaq.