Türkiyə millisi və "Fənərbaxça"nın müdafiəçisi Caner Erkin xoşagəlməz hadisə ilə üzləşib.
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu dostları ilə restoranda yemək yeyərkən huşunu itirib və yerə yıxılıb. Futbolçu dərhal dostlarının köməyi ilə xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra Canerin səhhətində ciddi problem olmadığı müəyyənləşib. Futbolçu 2 saatdan sonra evə buraxılıb.