“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun işdən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb.
Məsələyə aydınlıq gətirmək üçün klubun icraçı direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. İcraçı direktor xəbərin doğru olmadığını bildirdi. O Nurlanın işinin başında olduğunu vurğuladı:
“Nurlan klubdan uzaqlaşmayıb. O işinin başındadır. Mətbuatda yayılan xəbərlər doğru deyil. Bizim Nurlanla vidalaşmaq fikrimiz yoxdur”. (publika)