Legionerlər pul cəzasına görə Lənkəranı tərk edib?

02:20 17 Dekabr 2014

“Xəzər Lənkəran”ın futbolçusu Qalin İvanov və Deyan Blajevski komandadan ayrı düşüb. Futbolçunun komandanın məşqlərinə qatılmamasının səbəbi bəlli deyil.

 

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi Qalin İvanovun “itkin düşməsini” təsdiqlədi:

 

“Qalin İvanov və Dejan Blajevski dünənki məşqdə iştirak etməyib. Futbolçular oyuna 3 gün qalmış komandaya qoşulur. Hazırda biz onunla əlaqə yaratmağa çalışırıq. Zənglərimizə də cavab verilmir. Məsələni araşdıracağıq. Hüquqi cəhətdən nə tədbir lazım olsa, onu da görəcəyik. Hər kəs bilir ki, “Xəzər Lənkəran”da heç vaxt maddi problem olmayıb. Amma müəyyən gecikmələr ola bilər. Futbolçular öz maaşlarını alırlar.

 

Komandanın üzvlərinə bir neçə tur öncə pul cəzası verildi. Elə futbolçu da var ki, bu cəzanı qəbul edə bilmir. Hər bir futbolçu maaş, mükafat aldığı kimi, cəzaya da hazır olmalıdır. Bu, dünyanın hər yerində belədir.

 

Qalin İvanovun sırf nə üçün klubdan getməsinə gəldikdə isə, bununla bağlı məlumat verməyib. Özbaşına ölkəni tərk edib. Klubun rəhbərliyinə və ya idarə heyətinə nə rəsmi, nə də qeyri-rəsmi şəkildə heç bir səbəb göstərməyib”. (publika)


Digər xəbərlər

Xəbər xətti