"Xəzər Lənkəran"la bağlı ən yaxşı yazını kim yazıb?

10:40 17 Dekabr 2014

İdman Araşdırmalar Mərkəzinin "Xəzər Lənkəran"ın 10 illik yubileyi münasibətilə klubla birgə keçirdiyi yazı müsabiqəsinə yekun vurulub.

 

"Xəzər Lənkəran" futbol klubunun tarixi və inkişaf perspektivləri” mövzusunda müsabiqəyə ümumilikdə 12 yazı təqdim olunub. 

 

Yazılar "Baku Post" internet qəzetinin redaktoru Rövşən Binnətli, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, ATV telekanalının idman şöbəsinin redaktoru İlkin Fikrətoğlu və "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğludan ibarət münsiflər heyəti tərəfindən oxunub. Yazılara saylarına uyğun olaraq, 1-dən 12-dək qiymət qoyulub. 

 

Yekunda qalib adını 40 xalla "korner.az" saytının baş redaktoru Saleh Arslan qazanıb. Hazırda "apasport.az" saytında çalışan və müsabiqəyə yazını "Çempion" qəzetinin əməkdaşı kimi təqdim etmiş Ruslan Sadıqov 39 xalla 2-ci, "Futbol dünyası" qəzetinin şöbə müdiri Rasim Mövsümzadə isə 38 xalla 3-cü yeri tutub. 

 

Daha 3 yazı müəllifi - hazırda Peşəkar Futbol Liqasında çalışan və müsabiqə vaxtı yazını "Çempion" qəzetinin əməkdaşı kimi təqdim etmiş Elgiz Abbasov 34, "Olimpiya dünyası" qəzetinin şöbə müdiri Rahib Səmədov 27, "Komanda" qəzetinin əməkdaşı Heybət Məmmədov 26 xalla sonrakı 3 yeri tutaraq, həvəsləndirici mükafata sahib olublar. 

 

İlk 3 yerin sahibləri müvafiq olaraq, 800 manat, 600 manat və 400 manat, sonrakı 3 yeri tutanlar isə hərəyə 200 manat həvəsləndirici mükafata layiq görülüblər. 


Digər xəbərlər

Xəbər xətti