"İnter"in baş məşqçisi Kaxaber Sxadadze verdiyi son müsahibəsəsində maraqlı fikirləri ilə diqqət çəkib.
Sportarena.az xəbər verir ki, gürcü məşqçinin futbolxeber.az-a verdiyi müsahibəsində bu hissə xüsusilə böyük marağa səbəb olub: "Haqqımda çıxarılan 5 oyunluq cəza ədalətli qərar deyildi. Heç vaxt heç kimi təhqir etmərəm. Belə bir fikrim də olmayıb. Həm də bu günə kimi heç kim qeyri-etik jest etdiyimi sübuta yetirməyib. Kimdəsə sübut var? Yoxdu. Hamı deyir ki, belə deyiblər. Amma kim deyib? Bunu bilən yoxdu. Əllərində fakt yoxdur, ola da bilməz. Çünki mən heç kimi təhqir etməmişəm. Bu, ədalətsiz qərardı. Özü də 5 oyun. Heç adam öldürən 5 oyunluq cəzalandırılmır. Azərbaycanda haqqımda ədalətsiz qərar çıxarılmasına artıq öyrəşmişəm.
Burda ən çox diqqət çəkən isə "heç adam öldürən 5 oyunluq cəzalandırılmır" ifadəsi olub. gürcü məşqçi böyük ehtimalla bu ifadə ilə "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevə "ilişib". Məlum məsələdir ki, oyunla bağlı cəzalar ancaq futbolda olur. Digər cinayətkara iş kəsiləndə onun cəzası illə ölçülür. Ancaq futbolçuların cəzası 2-3-5 bəs ola bilər. Heç şübhə yoxdur ki, bu ifadəni işlədən Sxadadze ötən il maşınla adam öldürməsinə baxmayaraq çempionatda heç bir oyun cəzasına məruz qalmadan oyunlara çıxan Arazı xatırlatmağa çalışıb.