Qalin İvanovun “Xəzər Lənkəran”ın düşərgəsini tərk etməsi Bolqarıstan mətbuatının da diqqətini çəkib.
Həmyerliləri 26 yaşlı yarımmüdafiəçinin “ağ-yaşıllar”dan şəxsi münasibətlərə görə ayrıldığını yazıblar.
Xəbərdə qeyd edilir ki, Premyer Liqanın XVI turu çərçivəsində “Bakı” ilə səfər matçındakı uğursuz nəticə düşərgədə ab-havanı pozub və nəticədə İvanovla məşqçilər korpusu arasında mübahisə yaranıb. Futbolçunun Bolqarıstana məhz bu səbəbdən döndüyü qeyd edilib. İvanov yerli mətbuata açıqlamasında ölkəsində olduğunu təsdiqləsə də, gedişinin təfərrüatları barədə açıqlama verməyib.
Qeyd edək ki, Qalin İvanov “Araz Naxçıvan”a vurduğu 1 qolu saymasaq, bu mövsüm Premyer Liqada 4 qola imza atıb.
MƏNBƏ: Apasport.az