Azərbaycanı və “Qəbələ” idman klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Kievdə ukraynalı boksçu Valentin Kutsla döyüş keçirib.
Sportarena.az müsavat.com-a istinadən xəbər verir ki, reytinq xarakteri daşıyan döyüş cəmi 2 raund davam edib. F. Məmmədov rəqibini nokautla məğlub edib. Bu döyüşü dünyanın ən tanınmış boksçularından olan, Kievin meri Vladimir Kliçko da izləyib. Farizin parlaq qələbəsini Kliçko ayaq üstə alqışlayıb.