"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə karyerasını Türkiyədə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu ölkənin "Akhisar Bələdiyyəspor" klubu Elvini heyətinə qatmaq istəyir.
Türklərin bu məqsədlə yanvarda "Neftçi" rəhbərliyi ilə danışıqlara başlayacağı gözlənilir. Danışıqlar müsbət yekunlaşsa Elvin Türkiyəyə birbaşa müqaviləyə yollanacaq.