Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan "TOP TOP" verilişi növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.
Sportarena.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub. Proqramın bu dəfəki qonaqları ürəyi hər zaman futbolla döyünən, xalq artisti Ramiz Novruz, keçmiş beynəlxalq dərəcəli hakim İmanxan Sultani və azarkeş Kənan Paşasoy olub. "TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Topaz Premyer Liqasının oyunlarından söhbət aparılıb. "Qarabağ"ın İtaliyanın "İnter" klubu ilə oyununda baş verən olaylar proqramın əsas mövzusu olub. "Neftçi"nin qolkiperi Emil Balayevin Almaniyanın "Ayntraxt" klubuna keçidindən danışılıb. Həmçinin futbol həvəskarları canlı yayımda öz istək və arzularını bütün mobil operatorlardan 8998 və 8999 nömrələrinə SMS vasitəsilə göndəriblər. Əlbəttə ki, bütün suallar cavablandırılıb və təkliflər, arzular efirdə səsləndirilib. Verilişin aparıcısı Elçin Cəfərov olub. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. "TOP TOP" hər həftənin bazar ertəsi günü saat 20:00-da "CHATBOX" kanalında canlı təqdim olunur. "CHATBOX" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır. Verilişi bu link vasitəsilə canlı izləmək olar: