Ramin Musayev : "Superkubok matçının Türkiyə variantı alınmayacaq"

20:45 17 Dekabr 2014

Azərbaycan kubokunun sahibi olan “Neftçi” və çempion “Qarabağ” arasında Superkubok oyunun yanvarda Türkiyədə keçirilməsi planlaşdırılırdı. Amma Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu istəyin baş tutmayacağını bildirib. Bu üzdən plan dəyişib. Musayevin sözlərinə görə, Türkiyə variantı alınmadığı üçün oyun Bakıda keçiriləcək: “Təbii ki, Superkubok matçını keçirmək fikrimiz var. Sadəcə, Türkiyə variantı alınmayacaq. İstəyimiz baş tutmadı. Buna görə də, “Qarabağ” və “Neftçi” komandalarının görüşü elə Bakıda keçiriləcək”.

 

Superkubok matçının hansı tarixdə keçiriləcəyi isə hələlik dəqiqləşməyib.


Digər xəbərlər

Xəbər xətti