"Neftçi"ylə rəsmi müqavilə bağlayan "Bakı"nın qapıçısı Aqil Məmmədov komandasında son oyununa çıxdı.
Sportarena.az xəbər verir ki, ötən gün Premyer Liqanın 17-ci turunun AZAL-la oyunu Aqilin "Bakı"da sonuncu matçı olub. Oyun "Bakı"nın 1:3 hesablı məğlubiyyətiylə bitib.
Qarşılaşmadan sonra bütün komanda üzvləriylə bir-bir görüşüb sağollaşan Aqil, göz yaşlarını da saxlaya bilmədi.