"Xəzər-Lənkəran"ın sabiq futbolçusu : Mübariz Mənsimov həmişə futbolçuların problemləri ilə maraqlanıb" - AÇIQLAMA

11:47 18 Dekabr 2014

"İnterAz" televiziyasının "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

Sportarena.az xəbər verir ki,verilişin bu dəfəki qonaqları "Xəzər-Lənkəran"ın əvəzedicilərinin sabiq çalışdırıcısı, vaxtilə "Masallı" klubunun baş məşqçisi olmuş Fazil Əsədov və "Rəvan" U-19 komandasının baş məşqçisi Fizuli Məmmədov olub. Verilişdə Premyer Liqanın növbəti turunun müzakirəsi aparılıb. Veriliş zamanı Fizuli Məmmədov "Xəzər-Lənkəran"ın "Bakı" ilə səfər oyununa toxunub :

 

"Bu oyunda mən deyərdim ki, Lənkəran təmsilçisi 1 xal qazanmadı, əksinə səfərdən xalsız qayıtdı. Çünki belə bir komanda "Bakı" ilə qələbə qazanmalı idi və əksər insanlar da cənub klubundan bu qələbəni gözləyirdi. Mən vaxtikən bu klubda futbolçu olmuşam. Komandanın çox gözəl azarkeşləri var, klub rəhbərliyi də daima futbolçularının yanındadır. Mübariz Mənsimov həmişə futbolçuların problemləri ilə maraqlanıb. İndi də bu klubun heç bir problemi yoxdur. Məşqçi və futbolçulara nə lazımdırsa, klub o şəraiti onlara yaradır".

Fazil Əsədov isə "Xəzər-Lənkəran"da hələ də problemlərin qalmasında baş məşqçi Oğuz Çətini günahlandırıb :

 

"Mən deyim ki, hazırda bu problemlərə görə, birbaşa baş məşqçi cavabdehdir, əgər komanda yaxşı oynayıb qol vura bilmirsə, deməli komandanın oyununda problem var, məhz baş məşqçi bu çətinlikləri aradan qaldırmalıdır, lazım olan mövqelərə futbolçular cəlb olunmalıdır". 


Digər xəbərlər

Xəbər xətti