Milli komandamız Robert Prosineçkinin başçılığı altında ilk yoldaşlıq oyununu gələn ilin fevralında keçirəcək.
Sportarena.az xəbər verir ki, AFFA artıq bununla bağlı ölkələrə təklif göndərib. Bunlardan biri də Qazaxıstan seçməsidi. Bu haqda sözügedən ölkənin baş məşqçisi Yuri Krasnojan məlumat verib. Rusiyalı mütəxəssisin sözlərinə görə, Moldova, Estoniya, Bolqarıstan və Ermənistanla yanaşı, Azərbaycan da qazaxlarla yoldaşlıq matçı keçirmək niyyətindədi.