Oğuz Çətin: "Qarabağ" kimi komandaya qalib gəldiyin oyunu uduzmaq çox üzücüdür"

19:39 18 Dekabr 2014

Azərbvaycan Premyer Liqasının 17-ci turu “Xəzər Lənkəran” üçün uğurlu alınmadı. Cənub klubu hesabat turunda “Qarabağ”a 2-3 hesabı ilə uduzdu.

Sportarena.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin qarşılaşma haqqında bunları deyib:

 

"Meydançaya qələbə qazanmaq  üçün çıxmışdıq. İstəyimiz çox idi. "Qarabağ" kimi komandaya 2-1 qalib gəldiyin oyunu yekunda 2-3 hesabı ilə uduzmaq çox üzücüdür. Qollar buraxmaq bizim üçün xoş məqam deyil. Yenə səhvlər var idi. Biz müdafiə xəttini gücləndirməliyik".


Digər xəbərlər

Xəbər xətti