İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri" layihəsini ardıcıl ikinci dəfə həyata keçirəcək.
Sportarena.az xəbər verir ki,ilk layihə 2013-cü ilin sonlarında həyata keçirilib.
34 KİV-in qatıldığı sorğu kifayət qədər rezonans doğurub. Ötən il dekabrın 18-də "Qafqaz Baku City" otelində baş tutmuş mükafatlandırma mərasimində 7 nominasiya üzrə qaliblər mükafatlandırılıb. Onlara mükafatı idman ictimaiyyətinin tanınmış nümayəndələri təqdim ediblər.
Mediada da geniş işıqlandırılmış layihədə bu dəfə bəzi dəyişikliklər edilib.
Beləliklə, layihə bir neçə mərhələdən ibarət olacaq:
Birinci mərhələ - 2014-cü ilin yekunlarına əsasən, müxtəlif nominasiyalar üzrə aparıcı KİV-lərin idman jurnalistləri arasında sorğu aparılacaq. Ötənilki sorğudan fərqli olaraq, bu dəfə respondentlərə 7 deyil, 8 nominasiya üzrə qalibləri seçmək imkanı yaradılacaq:
1. İilin idman xadimi;
2. İlin yerli futbolçusu;
2. İlin yerli idmançısı (digər növlər üzrə);
4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);
5. İlin komandası (bütün kollektiv idman növləri üzrə);
6. İlin baş məşqçisi (bütün idman növləri üzrə);
7. İlin idman jurnalisti;
8. İlin mətbuat katibi
Digər tərəfdən, nominasiyaların əksəriyyəti üzrə konkret namizədlər təklif olunacaq. Eyni zamanda, respondentlərə öz namizədini göstərmək imkanı yaradılacaq. Hər bir respondent bir nəfərə səs verə və ya öz namizədini göstərə bilər. Bu addım həmkarlarımızın seçim zamanı işini rahatlaşdırmaq məqsədilə atılıb.
İkinci mərhələ - sorğu yekunlaşdıqdan sonra İdman Araşdırmalar Mərkəzinin Ekspert Komissiyası verilən səslərə əsasən, qalibləri müəyyənləşdirəcək.
Üçüncü mərhələ - Qaliblər KİV-lərin və idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunacaq tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
İAM-ın Ekspert Komissiyasının təklif etdiyi namizədlər aşağıdakılardır:
1. İlin idman xadimi
- Azad Rəhimov (Gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunlarının baş icraçı direktoru)
- Çingiz Hüseynzadə (Milli Olimpiya Komitəsinin vitse-prezidenti)
- Rövnəq Abdullayev (AFFA prezidenti)
- Fazil Məmmədov (Azərbaycan Güləş Federasiyasının, eləcə də Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti)
- Digər (namizədin adı və soyadı)
2. İlin idmançısı
- Hacı Əliyev (sərbəst güləş üzrə Avropa və dünya çempionu)
- Amil Qasımov (sambo üzrə dünya çempionu)
- Səid Quliyev (taekvondo üzrə yeniyetmələr arasında olimpiya çempionu)
- Boris Yotov (Azərbaycana avarçəkmə növləri üzrə ilk olimpiya medalını qazanan istedad)
- Polina Rəhimova (voleybol, Cənubi Koreyanın "Hyunday klubunun və Azərbaycan milli komandası)
- Yana Alekseyeva (boks üzrə dünya çempionatının gümüş mükafatçısı)
- Digər (namizədin adı və soyadı)
3. İlin yerli futbolçusu
- Qara Qarayev ("Qarabağ")
- Bədavi Hüseynov ("Qarabağ")
- Rahid Əmirquliyev ("Xəzər Lənkəran")
- Mirhüseyn Seyidov ("Neftçi")
- Digər (namizədin adı və soyadı)
4. İlin əcnəbi idmançısı
- Ernest Nfor ("Neftçi")
- Reynaldo Silva ("Qarabağ")
- Riçard Almeyda ("Qarabağ")
- Aniş Giri ("SOCAR Azerbaijan")
- Tori Dikson ("Rabitə")
- Digər (namizədin ad və soyadı)
5. İlin komandası (kollektiv idman növləri üzrə)
- Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası
- "Qarabağ" futbol komandası
- 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası
- Bədii gimnastika üzrə qrup hərəkətləri üzrə yığma komanda
- "Baku Fires" boks klubu
- Digər (namizədin ad və soyadı)
6. İlin baş məşqçisi (bütün idman növləri üzrə)
- Böyükağa Hacıyev ("Neftçi"nin sabiq baş məşqçisi)
- Qurban Qurbanov ("Qarabağ")
- Aleksandr Çervyakov (Voleybolçu qadınlardan ibarət Azərbaycan yığması)
- Nuripaşa Talıbov ("Baku Fires")
- Digər (ad və soyadı)
7. İlin idman jurnalisti
8. İlin mətbuat katibi