Dünən doğma meydanda “Qarabağ” klubuna 2:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” istirahətsiz hazırlaşacaq.
Komanda bu gün stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirəcək. Hazırlıq prossesinin ardından özünün baza-otelində dincələcək komanda daha iki gün burada məşq edəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XVIII turu çərçivəsində, dekabrın 21-də “Fırtınalar meydanı”nda AZAL klubunu qəbul edəcək. Bu oyun ilin son qarşılaşması olacaq və ardıyca futbolçular yanvar ayının əvvəlinə qədər sərbəst buraxılacaqlar.
12cioyuncu.info