Azərbaycan Premyer Liqasında klubların qərarlaşdığı yer onların rəhbərliyini kəskin addım atmağa vadar edir.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun himayə etdiyi “Araz-Naxçıvan” komandasının ardınca “Bakı” da analoji taleyi yaşamaq üzrədir.
İş adamı Hafiz Məmmədovun – Hafkanın sahiblik etdiyi paytaxt klubu rəsmən çempionatla vidalaşmaq təhlükəsi qarşısındadır. Bu turda təyyarəçilərə - AZAL-a məğlub olan Hafkanın komandası siyahıda sondan birinci yerdədir. “Araz-Naxçıvan”ın fəaliyyətinə xitam verildiyinə görə “Bakı” turnirdə sonuncu pillədə məskunlaşıb.
Məlumatda deyilir ki, komandanın seyntnot vəziyyətindən çıxacağı inandırıcı görünmür.
Hafkanın Fransadakı klubunun da oxşar aqibəti yaşaması deməyə əsas verir ki, milyonçunun futbol imperiyası süquta uğrayır.
Gələn xəbərlərdə iddia olunur ki, “Bakı”nın erasına son qoyulması planlaşdırılır. (axar.az)