Türkiyə ölkə kubokunda qruplarda 2-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, F qrupunda yer alan "Beşiktaş" doğma publika önündə “Çaykur Rizəspor”u qəbul edib. 43-cü dəqiqədə qapıçı Tolqa Zənginin cərimə meydançasında Lualuaya qarşı kobun oyununu hakim penalti olaraq dəyərləndirib. Məhz penalti zərbəsini zərərçəkən özü yerinə yetirərək "Çaykur Rizəspor"a qələbə qazandırıb.
“Beşiktaş” – “Çaykur Rizəspor” 0:1