"Mən artıq müdafiədəki bərbad oyun haqda danışmaqdan yorulmuşam. Çünki heç nəyin xeyri yoxdur. Hesabda irəli olduğumuz qarşılaşmanı öz səhvlərimizə görə uduzduq. Bu barədə danışmaqdan bezmişəm. Nə qədər gülünc qollar buraxmaq olar! Biz bu oyunla heç nə edə bilməyəcəyik".
Bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qarabağ"la matçdan (2:3) sonra deyib.
Ə.İsmayılov bildirib ki, rəhbərliklə də müdafiədəki səhvlər barədə müzakirələr olub:
"Söz veriblər ki, fasilədə həmin problemlər həll olunacaq. Yenə də ümidimizi itirmirik".
26 yaşlı yarımmüdafiəçi artıq komandası ilə Avropa Liqasında oynamaq istədiyini söyləyib:
"Ancaq belə getsə, buna nail ola bilməyəcəyik". (qol.az)