“Qalatasaray” yanvar ayında edəcəyi transferlərlə heyətini daha da gücləndirmək istəyir.
Sportarena.az xəbər verir ki, Cim Bom “Hamburq”da oynayan türkiyəli futbolçu Tolqay Arslanı transfer etməyi planlaşdırır. “Qalatsaray” rəhbərliyi gələn ay futbolçu üçün “Hamburq”a rəsmi təklif göndərəcək. İstanbul klubu Tolqay görə 2 milyon avro ödəməyə hazırdır. 24 yaşlı yarımmüdafiəçi özü də klubundan ayrılmaq istədiyini bəyan edib.