"Rubin" Ruslan Abışovla yollarını ayıra bilər.
Sportarena.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb. İddiaya görə, ölkədə yaranan maddi böhran klublara da təsirsiz ötüşməyib. Belədə bəzi komandalar artıq xərcdən qaçmaq üçün lazımsız legionerləri ilə vidalaşacaqlar. "Rubin"də həmin klubların sırasındadı. Gəncləşdirmə siyasəti yürüdən və bəzi legionerlərini icarəyə göndərən Kazan təmsilçisinin onları geri qaytaracağı inandırıcı görünmür. Demək olar ki, Abışovun da vəziyyəti eynidi. Qışda "Rubin"in heyətinəqayıtmalı olan müdafiəçinin xidmətindən,böyük ehtimalla, imtina olunacaq.
Qeyd edək ki, Ruslan icarə əsasında "Qəbələ"də çıxış edir.