"Qarabağ" müqaviləsi başa çatan bəzi futbolçularla artıq danışıqlar masasına əyləşib.
Sportarena.az xəbər verir ki, Ağdam klubu artıq onlardan biri ilə razılığa gəlib. Komandanın əsas qapıçısı İbrahim Şehiç müqaviləsinin müddətini artırmağa razılaşıb. Onunla 2 illik yeni saziş imzalanacaq.