"Xəzər Lənkəran"da CİDDİ İTKİ

17:22 19 Dekabr 2014

"Xəzər Lənkəran" daha bir futbolçusunu itirib.

Sportarena.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin Rəşad Sadiqovun xidmətindən məhrum olub.

 Belə ki, futbolçu cəzalı duruma düşüb. "Qarabağ"la oyunun 67-ci dəqiqəsində sistematik qayda pozuntusuna görə cəzalanan Sadiqov sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XVIII turun AZAL-la oyununu buraxacaq.

 

Qeyd edək ki, Rəşad bu mövsüm "Qarabağ", "Neftçi", "İnter" və "Sumqayıt"la oyunlarda sarı vərəqə alıb.


Digər xəbərlər

Xəbər xətti