"Neftçi"nin iki futbolçusu cəzalı duruma düşüb.
Sportarena.az xəbər verir ki, Flavinyo və Karlos Kardozo sarı vərəqə limitini doldurub.
Kardozo "İnter"lə oyunun 74-cü, Flavinyo 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb. Bu onların cari mövsümdə 4-cü "sarı"sı olub. "Neftçi" XVIII turda istirahət edəcəyindən ("Araz Naxçıvan"la oyuna görə) onlar cəzalarını XIX turda - 2015-ci ilin 31 yanvarında AZAL-la oyunda çəkəcək.
Qeyd edək ki, Kardozo bu mövsüm "İnter", "Xəzər Lənkəran", "Simurq" və "Qarabağ"la oyunda sarı vərəqə alıb. Flavinyo isə "Xəzər Lənkəran"la hər iki matçda, həmçinin "İnter" və "Qəbələ" görüşlərində cəzalanıb.