"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Karles Bakes Qazaxıstanda işləyəcək.
Sportarena.az xəbər verir ki, ispaniyalı məşqçi Qazaxıstanın 17 yaşadək futbolçulardan ibarət yığmasına baş məşqçi təyin olunub.
Bakes 2012-ci ilin noyabrında “Xəzər Lənkəran”a böyük ümidlərlə gətirilsə də, etimadı doğrultmamışdı. Bu səbəbdən də cəmi 3 aydan sonra, yəni 2013-cü ilin fevralında istefaya göndərilmişdi. (extratime.az)