Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının XVIII turunda keçiriləcək “Qarabağ” - “Sumqayıt” oyununu canlı izləyəcək.
Sportarena.az хəbər verir ki, хorvat mütəхəssisin köməkçiləri də bu turda iş başında olacaq. Belə ki, Mahmud Qurbanov “Xəzər Lənkəran” - AZAL, Elfxan Abdullayev isə “Qəbələ” - “İnter” oyununu izləyəcək.