"İnter"in qış təlim-məşq toplanışı proqram müəyyənləşib.
Sportarena.az xəbər verir ki, dekabrın 21-də "Qəbələ" ilə görüşdən sonra futbolçular istirahətə buraxılacaq.
Yanvarın 2-də komanda üzvləri Türkiyənin Antalya mahalına toplaşacaq. Məşq prosesi yanvarın 3-də başlayacaq. İlk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir. Digər yoxlama oyunları barədə məlumat veriləcək. Komanda yanvarın 24-də vətənə qayıdacaq.
Qeyd edək ki, "İnter" Antalyada "Kaya Palazzo" otelində məskunlaşacaq.