Gözlənilən görüş baş tutudu : Tahir Gözəl UEFA nümayəndəsi ilə görüşdə nə danışdı ?

12:26 20 Dekabr 2014

"Qarabağ" vitse-prezidenti Tahir Gözəlin UEFA-nın yarışlar üzrə direktoru Corcio Marçetti görüşü baş tutub.

Sportarena.az xəbər verir ki, görüş İsveçrənin Nyon şəhərində keçirilib. 

 

Klubun rəsmi saytının məlumatına görə, Marçetti Tahir Gözəli olduqca səmimi qarşılayıb. Görüş bir saat davam edib. Tahir bəy UEFA məmuruna "Qarabağ" haqqında məlumat verib. "Qarabağ" komandasının Azərbaycanın eyniadlı bölgəsinin təmsil etdiyini vurğulayıb və reallıqlar haqqında geniş danışıb. "Qarabağ"ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, klubun 1 milyon məcburi köçkünü təmsil etdiyini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib. 

 

Tahir bəy ardınca "Qarabağ"ın çıxışından danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda necə vacib  olduğunu vurğulayıb. Vitse-prezident İtaliya "İnter" ilə son oyunda baş verən məlum olaya toxunub. Haqsızlığın sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması deyil, milyonlarla insanın üzüntüsü, haqqlarının tapdalanması kimi dəyərləndirib. UEFA-nın məsələylə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.

 

Marçetti isə öz növbəsində məsələyə UEFA-nın müfaviq qurumlarının iclasında baxılacağını bildirib. O, olayla bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müfaviq qurumların dəyərləndirəcəyini söyləyib. Hakimin xətası təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Hakimlərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirən deyib ki, UEFA istənilən halda hakimlik məsələsinə çox həssas yanaşır: "Hakimlər səhv etdiyi zaman karyerasına ciddi zərbə vuracağını yaxşı anlayır. Eyni zamanda uğurlu idarəxəlik zamanı da daha çox təqdir qazanmış olurlar. Qeyd olunan iclasda alınacaq qərardan razılaşmayacağımız təqdirdə klub olaraq etiraz hüququmuz var. Alınacaq qərarla razılaşmasaz, UEFA-nın bayrağı altında olan digər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanına malik olacaqsınız".

 

Marçetti həmçinin "Qarabağ"ın uğurlu çıxışını təqdir edib. O, komandanıən qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib.


Digər xəbərlər

Xəbər xətti