Neftçi”nin keçmiş idman direktoru Güloğlan Cabbarov yenidən bu komandanı sərt tənqid edib. Daha doğrusu klubun AFFA-dan “Neftçi”yə təyin etdiyi vitse-prezident Elnur Məmmədovu. Cabbarov hətta “Neftçi”nin vitse-prezidentini qürürsuz olmaq ittiham edib:
“Neftçi”nin “İnter”ə məğlubiyətindən sonra klubun vitse-prezidenti (Elnur Məmmədovu nəzərdə tutur) AFFA-nın yeni il şənliyinə qatılıb, yaxşıca qeyd edib məğlubiyəti. Deyirəm, belə işləməyə nə var ki, adama deyərlər, Tahir Suleymanov, Güloğlan Cabbarov bir dənə də məğlubiyyəti həzm edə bilmədi. Çünki bizim qürurumuz var, biz məğlub olanda üç gün gözümüzə yuxu gəlmirdi. Adama deyərlər, ay Elnur, hansı ideyayla “Neftçi”yə gəlmisən?! Sabah azarkeş istefa qışqıranda, gəlib AFFA-dan kimin arxasında gizlənəcəksən”.