İnterAz televiziyasının rəsmi saytı (interaztv.com) "Milli Net 2014" müsabiqəsinin Media nominasiyası üzrə qalib olub.
Sportarena.az xəbər verir ki, mükafatı saytın əməkdaşı Orxan Kərimova “Asan xidmət” mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Hüseynov təqdim edib.
Təqimat mərasimində həmçinin İnterAz televiziyasının rəsmi facebook səhifəsi "Ən yaxşı sosial şəbəkə səhifəsi" nominasiyası üzrə ikinci yerə layiq görülüb.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF-in prezidenti Osman Gündüz çıxış edərək artıq 6-cı il keçirilən Milli Net 2014 haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. O, deyib ki, Milli Net-ə 14 Nominasiya üzrə 322 sayt təqdim olunub və onlardan yalnız 272 sayt yarışmaya buraxılıb.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar nazirliyi, Azercell, Delta Telekom və BestComp şirkətlərinə minnətdarlığını bildirib. O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Milli İnternet Mükafatı - Milli Net ildə bir dəfə keçirilir və ilin ən yaxşı saytı seçilir.